OPEC-in Baş katibi ölkəmizdə səfərdədir
Siyasət

OPEC-in Baş katibi ölkəmizdə səfərdədir

OPEC-in Baş katibi Haysam Əl-Qays ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə 19 iyun Energetika Nazirliyindən verilən məlumatda bildirilir.

Azərbaycanda səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Respublika”.