Dünya əhəmiyyətli idman yarışı Formula 1-in nəbzi bu il də Bakıda döyündü
İdman

Dünya əhəmiyyətli idman yarışı Formula 1-in nəbzi bu il də Bakıda döyündü

Formula 1 dünyanın ən populyar avto idman növlərindən biridir hər il dünyanın bir çox ölkəsində keçirilir. Yarışlar dünyada milyonlarla insan tərəfindən izlənilir. Formula  1-in digər müsbət tərəfi keçirildiyi ölkələrin adlarının bütün dünyada tanınmasıdır.

Bəs Formula 1 nədir ilk dəfə zaman keçirilib?

Formula 1 yüksək performanslı motorlu nəqliyyat vasitələri ilə yarış növüdür. Bu avtomobillər aerodinamik dizaynı, yüksək sürəti xüsusi təkərləri ilə digərlərindən fərqlənir. Formula 1 yarışları bir çox müxtəlif ölkələrdə keçirilir yarışlarda iştirak edən komandalar sürücülər bütün dünyada tanınır. Formula 1-in 1950-ci ildə əsası qoyulub Beynəlxalq Avtomobil Federasiyası (FIA-Federation Internationale de l'Automobile) tərəfindən tənzimlənən yarış seriyasıdır. Yarışlar il boyunca müxtəlif şəhərlərdə keçirilir, bununla yanaşı, hər mərhələ Qran Pri adlanır.

İlk Dünya Çempionatı 1950-ci ildə İngiltərədə keçirilən Silverstoun Qran Prisi ilə başladı. O vaxtdan bəri Formula 1 yarışları dünyanın bir çox ölkəsində keçirilməyə davam edir. Ölkəmizdə isə yarış ilk dəfə 2016- ildə keçirilib. İyunun 19-da baş tutan yarışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva ailə üzvləri açılış mərasiminə final yarışına baxıblar. Açılış mərasimi başa çatdıqdan sonra ölkə başçımız Birinci vitse-prezident Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olmuşdurlar.

Formula 1 yarışları dünyanın bir çox idman kanalları tərəfindən canlı yayımlanır. Həmçinin Formula 1-in öz rəsmi saytından canlı izləmək mümkündür. Bu portaldan yarışlar zamanı komandalar sürücülər, yarış strategiyaları, pit-stoplar yarış nəticələri haqqında ətraflı məlumat əldə etmək olar. Yarış müddətində sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan da istifadə olunur. "Yavaşla, ötüb keçmə" mənasına gələn bayraq sarı, "Trek açıqdır" isə yaşıl bayraq ilə bildirilir. "Yarış dayandırılır" - qırmızı, "Daha sürətli maşın ötüb keçmək istəyir" - göy, "Yarış bitib" - -qara ahəngli bayraq, "Yerinə qayıt/ diskvalifikasiya" isə qara bayraq maşının nömrəsi ilə bildirilir.

Yarışın simvolu olan loqosu da xüsusi mənaya malikdir. 2018-ci ildə yenilənən loqonun mənası finiş xəttini keçmək üçün yarışan iki avtomobil kimi təsvir edilib.

Formula 1 yarışlarında çoxlu komandalar sürücülər iştirak edir. Komandalar yarış avtomobillərini dizayn, istehsal istifadə edirlər. Komandalar yarışlarda iştirak etmək üçün FIA tərəfindən verilmiş lisenziyaya malik olmalıdırlar. Formula 1 komandaları adətən böyük avtomobil istehsalçılarından ya özəl komandalardan ibarətdir.

Hər komandada adətən iki sürücü olur. Pilotlar mövsüm boyu komandanın yarış avtomobillərini sürür xal qazanmağa çalışır, həmçinin yarışlarda sürət, bacarıq strategiyadan istifadə edərək bir-biri ilə yarışırlar. Avtomobillər son dərəcə yüngül, aerodinamik dizayn yüksək güclü mühərriklərlə təchiz olunur. Buna görə avtomobillər yarışlarda saniyədə 300 km/saat sürətə çata bilir. Ölkəmizdə yollar yarışın gedişatının rahat olması üçün buna uyğun dizayn edilib. Bakı Qran Prisində trekin uzunluğu 6 kilometr olduğu üçün pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurur. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Bu zaman orta sürət saatda 210, maksimum sürət isə 340 kilometr təkşil edir.

Avtomobillərin kuzovu karbon lifindən digər yüngül materiallardan hazırlanıb. Bu da avtomobillərin çəkisini azaldır onların məhsuldarlığını artırır. Avtomobillərin yuxarısında böyük bir qanad hissəsi var. Bu qanadlar avtomobilə ağırlıq verir onu yerə basıb saxlayaraq yüksək sürətlə belə gedərkən sabitliyi təmin etməsinə kömək olur. Avtomobillərin mühərrikləri V6 turbodur təxminən 1000 at gücünə malikdir. Bu da avtomobillərin son dərəcə yüksək sürətlə getməsinə imkan verir. Sürət cəhətdən ən pik nöqtəyə çatmış tarixə keçmiş olan isə pit-stop vaxtı 1,82 saniyə olan Red Bull Racing komandasına məxsusdur. Yarışda ən çox qalib olan pilot 7 qat çempion Mixael Şumaxer, komanda isə 16 qat çempion Scuderia Ferraridir.

Azərbaycan timsalında yarışın mahiyyəti çox böyükdür. Yarışın paytaxt Bakıda keçirilməsi ilə yanaşı, avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirlər. Dünyada ən çox pərəstişkara sahib olan bu yarışın Bakı görüntüləri ilə ahəng təşkil etməsi ölkəmizin iqtisadi turizm sahəsində inkişafına böyük töhfələr verir. Birinci Avropa Oyunlarından sonra Formula 1 kimi böyük kütləyə, izləyiciyə sahib olan yarışın paytaxtda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Karnaval üslubunda keçirilən yarışlarda milli rəqslərimiz ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı formada təqdim edilir. Milli mədəniyyətimizi Formula 1 dəyərləri ilə birləşdirən açılış mərasimində könüllülərmilli qruplar beynəlxalq ifaçılardan ibarət yüzlərlə heyət tərəfindən təqdim edilir. Ölkəmizin beynəlxalq arenada idman sahəsində öz adını tarixə qızıl hərflərlə yazdırması, paytaxtın ən gözəl guşələrində yarışların təşkil olması əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, hər il bu yarış üçün minlərlə turist, dünyaca tanınmış məşhurlar Bakıya gəlir. Bu da həm iqtisadi, həm turizm cəhətdən inkişaf yolumuzda bir növ körpü rolunu oynayır. Bu il alınan biletlərin son illərdə rekord saya çatması turistlərin ölkəmizə gəlməsi ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinin bir nümunəsidir. Biletlərin ön satışına ötən il 15 dekabr tarixindən start verilib. Həmçinin bildirək ki, satışlar son 6 mövsümün rekord həddinə yüksələrək ötən ilə müqayisədə iki dəfə yüksək nəticə göstərib. 30-dan çox fərqli ölkələrdən biletlərin alışı baş tutub. Bilet əldə edənlər siyahısında ilk yerdə britaniyalı, sonra Azərbaycan Türkiyə vətəndaşları yer alır. Satışın ilk günlərində 20 faizlik erkən endirimlə satılan biletlər növbəti günlərdə böyüklər üçün ayaqüstü 40-120, tribunada 160-690, uşaqlar üçün isə 110-480 manatadək dəyişir.

Formula 1 yarışları Azərbaycanda bir çox infrastruktur investisiyalarının inkişafına da səbəb olub. Yarışlar üçün hazırlanmış trek, tribunalar, otellər digər obyektlər ölkəmizin turizm infrastrukturunun inkişafına töhfə verib. Bununla yanaşı, Formula 1 yarışlarını bir çox ölkələrin media qurumları yüksək səviyyəli rəsmiləri, həmçinin ölkəyə gələn turistlər izləyir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə daha çox tanınmasına, digər ölkələr arasında ticarət əlaqələrinin inkişafına kömək edir. Azərbaycan idman turizmi sahəsində mühüm potensiala sahibdir. Formula 1 yarışları sayəsində Azərbaycan dünyada getdikcə daha çox tanınır, ölkənin brend dəyərinin artmasına kömək edir.

F1-i izləməyə gələn xarici vətəndaşlar tarixi abidələrimiz, milli-mədəni irsimiz, muzeylərimiz, həmçinin milli yeməklərimizdən dadaraq Azərbaycanın unudulmaz gözəlliklərini yaddaşlarına həkk edirlər. Gələnlər arasında dünyaca məşhur şəxslər, tanınmış sosial media istifadəçiləri yer alıb. Hazırda Youtube-platformasında F1-in Bakı Qran Prisindən görüntülər, İçərişəhər bir sıra tarixi yerlərimizdən gəzintilər milli yeməklərimizin ləzzətli unudulmaz dada malik olması ilə bağlı minlərlə video mövcuddur.

F1-i maraqlı edən insanları daha çox özünə cəlb etdirən tərəflərindən biri dünyaca məşhur müğənnilərin yarış üçün qurulmuş xüsusi səhnələrində çıxış etməsidir. Gün boyu yarışı izləyən, iştirak edən izləyicilər yardım edən könüllülərin yorğunluğunu çıxartmaq üçün axşama doğru konsertlər başlayır əyləncə bir neçə saat davam edir. Ölkə gəncləri gələn turistlər üçün yarışın ən çox maraqla gözlənilən məqamlarından  biri elə məhz budur. Qeyd edək ki, 2019-cu ildə keçirilən Bakı Qran Prisi üçün dünyaşöhrətli, gənclər arasında ən çox dinlənilən amerikalı hip-hop ifaçısı Kardi Binin (Cardi B) Bakı Kristal Zalının səhnəsində çıxışı olub. Sosial mediada 162 milyon izləyiciyə sahib olan müğənni şəhərdən görüntülər paylaşaraq, Bakı ölkəmiz haqqında öz təəssüratlarını bölüşüb: "Azərbaycan gözəl məmləkətdir. Bakı gözəlliyi ilə valeh edir. Bura çox gözəldir. Buranın mənzərəsi inanılmazdır".

Əlbəttə, ölkəmizin son illərdə bir çox oyunlara, tədbirlərə evsahibliyi etməsi onun nüfuzundan tədbirlər üçün təhlükəsizliyindən xəbər verir. Avropa, İslam, F1, Teknofest kimi önəmli yarışlar ölkəmizin dünya miqyasındakı nüfuzunu daha da artırır.

Töhfə SƏMƏDOVA,

"Respublika".