Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən il 6 milyard 81 milyon manata çatıb
İqtisadiyyat

Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən il 6 milyard 81 milyon manata çatıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 2023-cü ildə 16 faiz və ya 829 milyon manat çox olmaqla 6 milyard 81 milyon manata çatıb.

"Respublika" xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.

“Xərclərin 5 milyard 888 milyon manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 milyon manat çoxdur”, - deyə DSMF-nin sədri qeyd edib.