2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Orucun vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Orucun vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Zahid Məhərrəm oğlu Orucun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- Əliyev Əziz Novruz oğlu;

- Hüseynov İlyas Vaqif oğlu;

- Allahyarova Tahirə Bəkir qızı;

- Vəliyev Əfqan Musa oğlu;

- Cəlilzadə Şəhla İlqar qızı;

- Çıraqov Elnur Vaqif oğlu;

- Əliyev Seymur Cavanşir oğlu.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov