Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının 2012-ci il 24 fevral tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"nin 6.10-cu bəndi (6.10.2-ci yarımbənd istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:
"6.10. Dövlət qulluqçusu olmayan işçilər (xadimə, nəzarətçi, təsərrüfat işçisi)
6.10.1. əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasına daxil olan işlərin (xidmətlərin) görülməsini təmin edir.".
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov