Çin 2024-cü ilin birinci rübündə iqtisadi böyüməyə nail olub
İqtisadiyyat

Çin 2024-cü ilin birinci rübündə iqtisadi böyüməyə nail olub

Keçən ay Çin iqtisadiyyatının illik artım göstəricisini təxminən 5 faiz səviyyəsində dəyərləndirib. Bu ilin ilk üç ayı ərzində isə böyümə proqnozlardan daha sürətli baş verib.

"Respublika" xəbər verir ki, bu barədə ölkənin milli statistika bürosu məlumat verib. 

Bildirilib ki, ÇXR-in ümumi daxili məhsulunun (ÜDM) artımı bu ilin yanvar-mart aylarında 5,3 faiz təşkil edib. Qeyd edək ki, ötən ilin birinci rübünün göstəricisi isə 5,2 faiz dəyərində olub.