Böyük Qayıdış prioritetdir
Siyasət

Böyük Qayıdış prioritetdir

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi zəfər şanlı tariximizə qızıl hərflərlə həkk olundu. Qələbəmizin ardından işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın təmin olunması ilə əlaqədar mühüm işlərə başlanıldı. Hazırda ərazilərdə yenidənqurma bərpa işləri sürətlə davam edir.

Yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların digər kommunikasiya sistemlərinin yaradılması 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın tezliklə öz doğma yurdlarına qayıdacaqlarının göstəricisidir. Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edilmişdir.

Proqramda düşmən tapdağından azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri nail olunması hədəflənən məqsədlər öz əksini tapıb. Əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri həyata keçiriləcək tədbirlər Dövlət Proqramının əsas prioritetlərindən hesab olunur. Proqramın hazırlanması zamanı mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı dünya iqtisadiyyatının müasir çağırışlarının nəzərə alınması ölkəmizin bu sahəyə diqqət qayğısının göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, Dövlət Proqramı 2026- ilə kimi reallaşması nəzərdə tutulan tədbirləri ehtiva edir. Proqram çərçivəsində Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər rayonlarında müvafiq infrastruktur qurulur. Füzuli Zəngilan Beynəlxalq Hava limanlarının açılışı Dövlət Proqramının uğurla həyata keçirildiyinin təzahürüdür. Ölkə başçımızın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə xalqa müraciəti zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq".

İşğaldan azad olunmuş ərazilərimizdə avtomobil dəmir yolu infrastrukturunun qurulması, eləcə Zəngəzur dəhlizinin yaradılması istiqamətində mühüm işlər aparılmaqdadır. Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 38 faizi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzrə isə 74 faizi artıq yerinə yetirilib. Bu günə qədər işğaldan azad olunmuş ərazilərimizdə 11 su elektrik stansiyası tikilmiş, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunmuşdur.

Bir məqamı da vurğulamaq lazımdır ki, 2026- ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsi nəzərdə tutulub. Belə ki, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub. Həmçinin, həmin il Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərinin Baş planları Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş, bu şəhərlərdə İşğal Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Laçın şəhərində, Zabux Sus kəndlərində ölkəmizin nəzarətinin tam bərpa olunması quruculuq işlərində stimul rolunu oynamışdır. Şuşa Laçın şəhərlərindən, Laçın rayonunun Zabux Sus kəndlərindən, Tərtər rayonunun Talış kəndindən erməni işğalı nəticəsində didərgin düşmüş 1400-dən çox ailənin 2023- ildə doğma yurdlarına qayıtması üçün lazımi şərait yaradılmışdır.

Dövlətimizin başçısının mayın əvvəllərində Xocavənd, Füzuli, Qubadlı, Zəngilan rayonlarına səfəri, bir sıra yaşayış məhəllələrinin, kəndlərin təməlqoyma mərasimində, iaşə obyektlərinin açılışında iştirakı Prezident İlham Əliyevin görülən işlərə diqqət qayğısının təzahürüdür. Böyük Qayıdışın davamı olaraq, növbəti mərhələdə 158 ailənin Talış kəndinə köçürülməsi üçün quruculuq işləri sürətlə davam edir. Ümumilikdə, 2023- ilin sonunadək Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin yekunlaşdırılması planlaşdırılır. Ağdam, Füzuli Xocavənd rayonlarının bir sıra kəndlərində artıq torpaq işlərinə başlanılması, bərpa-quruculuq işlərinə start verilməsi nəzərdə tutulub. Bu isə o mənaya gəlir ki, yaxın gələcəkdə soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar.

Nəzrin ELDARQIZI,

"Respublika".