Böyük Britaniyada tütünlə mübarizədə mühüm addım atılıb
Digər xəbərlər

Böyük Britaniyada tütünlə mübarizədə mühüm addım atılıb

Çərşənbə axşamı, aprelin 17-də Böyük Britaniya siqaretlə mübarizədə mühüm mərhələni qeyd edib. Ölkə parlamenti 2009-cu ildən sonra doğulmuş insanlara siqaret satışının qadağan edilməsini dəstəkləyib.

"Respublika" xəbər verir ki, bu təklif Böyük Britaniyanın Baş naziri Rişi Sunak tərəfindən irəli sürülüb. Tütün və siqaret haqqında qanun layihəsi parlament üzvlərindən güclü dəstək alıb: onun lehinə 383, əleyhinə 67 nəfər səs verib.

Qanun layihəsinə əsasən, bu il 15 yaşı tamam olan və daha kiçik uşaqlar heç vaxt qanuni olaraq tütün satın ala bilməyəcəklər. Tədbirlər, həmçinin siqaret məhsullarını uşaqlar üçün daha az cəlbedici etmək, yetkinlik yaşına çatmayanlara tütün və ya veypinq məhsulları satan mağazalara cərimələrin tətbiqi üçün ticarət standartları üzrə məmurlara yeni səlahiyyətlər verilməsi məqsədi daşıyır.