Böyük Britaniya İrana sanksiya tətbiq etdi
Dünya xəbərləri

Böyük Britaniya İrana sanksiya tətbiq etdi

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İranın 13 yüksək vəzifəli rəsmisinə və bir neçə şirkətinə yeni sanksiyalar tətbiq edib. 

“Respublika” xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli açıqlama verib. XİN başçısı bildirib ki, yeni sanksiyalar İranın bütün dünyada düşmənçiliyi təbliğ edən və sabitliyi pozan davranışlarına qarşı çıxmaq məqsədi ilə tətbiq olunub. Nazirin sözlərinə görə, Britaniya hökuməti bu addım ilə həm də molla rejiminə sonuncu xəbərdarlığını edib. 

Jalə QASIMZADƏ, 

“Respublika”.