Böyük Britaniya İrana sanksiya tətbiq edəcək
Dünya xəbərləri

Böyük Britaniya İrana sanksiya tətbiq edəcək

Böyük Britaniya höküməti düşmənçilik fəaliyyətlərinin arxasında duran İran rəsmilərinə sanksiya tətbiq etməklə bağlı planlarını açıqlayıb.

"Respublika"nın məlumatına görə, xarici işlər naziri Ceyms Kleverli bildirib ki, 2022-ci ilin yanvarından bəri İran rejimi tərəfindən Böyük Britaniyada yaşayan insanları öldürmək və ya qaçırmaqla bağlı 15-dən çox cəhd olub.

Ceyms Kleverli açıqlamasında qeyd edib ki, İrana beynəlxalq miqyasda sülh, sabitlik və təhlükəsizliyə xələl gətirmək, silah və ya təhdidkar texnologiyaları istifadə etmək və ya yaymaq, demokratiya, qanunun aliliyi və hakimiyyətə ziyan vurmaq ittihamı ilə sanksiyalar tətbiq olunacaq.

XİN-dən bildirilib ki, yeni sanksiyalar rejimini müəyyən edən qanun layihəsi bu ilin sonunda parlamentə təqdim olunacaq.