Londonun tarixi abidəsi məscidə çeviriləcək
Dünya xəbərləri

Londonun tarixi abidəsi məscidə çeviriləcək

Milyarder maqnat Asif Əziz Londonun Trocadero binasının bir hissəsini məscid və İslam mərkəzinə çevirmək üçün rəsmi qurumlardan icazə alıb. 

"Respublika"  Daily Sabah-a istinadən xəbər verir ki, 56 yaşlı maqnat 2005-ci ildə məşhur abidəni 220 milyon funt sterlinqə (287,7 milyon dollar) alıb və ifrat sağçı qrupların və bəzi sakinlərin şikayətlərindən sonra onu 2020-ci ildə 1000 nəfərlik məscidə çevirmək planlarını ləğv edib.

Bundan sonra, 2023-cü ilin may ayında o, “Piccadilly Prayer Space” adlandırılacaq 390 nəfərlik məscid tikmək üçün icazə ala bilib.

Məlumata görə, məscidin bir neçə ay ərzində açılışının olacağı gözlənilir.  

Töhfə SƏMƏDOVA,

"Respublika".