“Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda respublika elmi-praktik konfrans
Region

“Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda respublika elmi-praktik konfrans

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfrans Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Xidmətlər Agentliyinin, EGE Universitetinin Kənd təsərrüfatı fakültəsinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Lənkəran Dövlət Universitetinin və “Azərpambıq ASK” MMC-nin tərəfdaşlığı ilə baş tutub.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsinin önünə gül dəstələri düzüblər.

Mərkəzin foyesində Aqrar Universitetin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.

Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov konfransın əhəmiyyətini diqqətə çatdıraraq, ulu öndər Heydər Əliyevin Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki ADAU) diqqət və qayğısından bəhs edib. Rektor bildirib ki, ümummilli liderin ölkənin yеganə ali aqrar təhsil müəssisəsinə göstərdiyi diqqət və qayğı 20 ildən artıqdır ki, Heydər Əliyevin ən layiqli davamçısı, cənab Prеzidеnt İlham Əliyеv tərəfindən ən yüksək səviyyədə davam еtdirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, AQTİ-nin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev, EGE Universitetinin rektoru Necdet Budak video müraciətlə konfransın əhəmiyyətindən danışıblar.

Zabit XƏLİLOV,

“Respublika”.