“Beşiktaş” da Şenol Günəş dönəmi başa çatdı
İdman

“Beşiktaş” da Şenol Günəş dönəmi başa çatdı

Türkiyənin  "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş istefa verib.

“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki,

klubdan verilən açıqlamada təcrübəli baş məşqçinin vəzifəsindən ayrıldığı rəsmən bildirilib.

Türkiyəli mütəxəssis ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda evdə İsveçrənin “Luqano” komandasına 2:3 hesabı ilə uduzduqdan sonra  istefa qərarını verib.

Qeyd edək ki, Şenol Günəş, ötən ilin oktyabr ayında “ağ-qaraların” baş məşqçi postuna gətirilmişdi.

Musa Bağırlı,

“Respublika”.