Azərbaycan millisi ilə oyun üçün Belçika yığmasına yeni futbolçu cəlb olunub
İdman

Azərbaycan millisi ilə oyun üçün Belçika yığmasına yeni futbolçu cəlb olunub

AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Bakıda Azərbaycan millisinin qonağı olacaq Belçika yığmasının düşərgəsinə yeni futbolçu dəvət olunub.

“Respublika” Belçika Kral Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Domeniko Tedesko zədəli Orel Manqalanın əvəzinə Aster Vranksı heyətə cəlb edib. 21 yaşlı yarımmüdafiəçinin performansını yüksək qiymətləndirən məşqçilər heyəti gənc oyunçunun Bakıya gətirilməsinə qərar verib. Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.