Suvarma mövsümünə hazırlıqda son tamamlama işləri
İQTİSADİYYAT

Suvarma mövsümünə hazırlıqda son tamamlama işləri

Azərbaycan melioratorları yeni suvarma mövsümünün astanasındadır bu məsələyə hazırlıqda artıq son tamamlama işləri görülür.

Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Samux Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən əkin sahələrinin suvarılmasını mütəşəkkil təşkil etmək üçün meliorativ tədbirlərini davam etdirir. Əkin sahələrinin suvarılması 727 kilometr olan təsərrüfatdaxili təsərrüfatarası kanallar vasitəsilə aparılır. Bundan 65 km təsərrüfatlararası, 658 km-i isə təsərrüfatdaxili kanallardır. Kanallarda suyun maneəsiz ötürülməsi üçün əl ilə lildən təmizləmə, kol-kosun təmizlənməsi, boru xətlərinin hidrotexniki qurğuların təmiri, betonlanma işlərinin aparılması, cari əsaslı təmir işləri həyata keçirilir.

Torpaqların suvarılması üçün rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri həyata keçirilir. Subartezian quyularında isə nasos elektrik avadanlığı təmir edilir. Çaylardan gələn selin qarşısının alınması üçün cari il ərzində Gəncə çayında, Qabırrı çayında Qoşqar çayında torpaq işləri görülüb. Hazırda kanallardan əkin sahələrinə suyun verilməsini təmin etmək üçün daim kanallara nəzarət olunur. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri aparılır, boru kəmərləri təmir olunur. Hazırda kanallar tam işlək vəziyyətdədir.

Qeyd edək ki, Samux Suvarma Sistemləri İdarəsi rayonun 30 min hektara yaxın suvarılan torpaqlarına xidmət edir. Hazırda idarə tərəfindən yaz-yay suvarmasının mütəşəkkil olaraq yerinə yetirilməsi üçün son meliorativ tədbirlər həyata keçirilir.

N.ƏHMƏDOĞLU,

"Respublika".