Türkiyə Katılım Bankaları Birliyinin nümayəndələri ilə görüş keçirilib
İQTİSADİYYAT

Türkiyə Katılım Bankaları Birliyinin nümayəndələri ilə görüş keçirilib

KOBİA və Türkiyə Katılım Bankaları Birliyinin nümayəndələri arasında keçirilmiş görüşdə KOB-ların maliyyə resurslarına çıxışı və bu sahədə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

14 iyun qurumdan verilən məlumatda bildirilir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Katılım Bankaları Birliyinin (TKBB) Baş katibi İsmail Vuralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışına, bu sahədə hər iki ölkənin mövcud maliyyə alətlərinə, alternativ maliyyələşdirməyə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

“Respublika”.