Azərbaycanla Burkina-Faso arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məmnunluq doğurur
Siyasət

Azərbaycanla Burkina-Faso arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məmnunluq doğurur

Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina-Fasonun xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Karamoko Jan Mari Traoreni bu yaxınlarda Burkina-Fasonun xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə hazır olduğunu deyib.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə edən tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.