Azərbaycanın tanınmış baş məşqçisi istefaya göndərilib
İdman

Azərbaycanın tanınmış baş məşqçisi istefaya göndərilib

I Liqada mübarizə aparan “İmişli” baş məşqçi Əsgər Abdullayev ilə yollarını ayırıb.

Klubdan “Respublika”ya verilən məlumata görə, bölgə təmsilçisi 62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Buna ötən mövsüm nəticənin planlaşdırılan kimi olmaması səbəb olub.

Ə. Abdullayevlə yanaşı, köməkçiləri də istefaya göndəriliblər.

Xatırladaq ki, “İmişli” başa çatan mövsümü 47 xalla dördüncü pillədə başa vurub