Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu terror qurbanlarının xatirəsini anıb
SİYASƏT

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu terror qurbanlarının xatirəsini anıb

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov bu şəhərdə improvizə olunmuş memorialın önünə gül dəstələri qoyub, Moskvada terror aktı zamanı həlak olanların Xatirə kitabına ürək sözlərini yazıb.

"Respublika" xəbər verir ki, Sankt-Peterburqda Rusiya Milli Kitabxanasının binasının qarşısında Rusiyanın ümumxalq matəm günündə vətəndaşların "Crocus City Hall"da həlak olanların xatirəsinə gül dəstələri gətirdikləri guşə təşkil olunub. Binada, həmçinin Xatirə kitabı da qoyulub.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov memorialın önünə gül dəstələri qoyub, Xatirə kitabına başsağlığı və dəstək sözləri yazıb.