Azərbaycanın multikulturalizm modeli Astanada keçirilən beynəlxalq konfransda müzakirə edilib
Digər xəbərlər

Azərbaycanın multikulturalizm modeli Astanada keçirilən beynəlxalq konfransda müzakirə edilib

Qazaxıstanın paytaxtı Astana şəhərində “Qazaxıstan Respublikasında vətəndaş identikliyi - mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, mərkəzin Tədris şöbəsinin müdiri İrina Kunina konfransın Almaniya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Polşanın beyin mərkəzlərinin mütəxəssislərinin və araşdırmaçıların qatıldıqları “Vahid millətin formalaşmasına əsas yanaşmalar” mövzusundakı panel iclasında “Multikultural cəmiyyətdə vətəndaş identikliyinin formalaşmasında Azərbaycanın təcrübəsi” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın multikulturalizm modeli və onun əsas prinsipləri haqqında məlumat verilib, azərbaycançılığın ölkəmizdə vətəndaş kimliyinin formalaşması prosesinin əsasını təşkil edən dəyərlərin birləşdirici sistemi olduğu vurğulanıb. Qeyd edilib ki, vətəndaş kimliyi mürəkkəb prosesdir və ölkədəki etnik azlıqların hüquqlarının qorunmasına həssas yanaşılmalıdır.

Konfransda, həmçinin “Vətəndaş kimliyi: mövcud vəziyyət və meyllər”, “Vətəndaş kimliyi terminologiyası problemləri” və digər mövzularda müzakirələr aparılıb.