Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçında səfərdə olublar
Siyasət

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçında səfərdə olublar

Yenidən qurulan, abadlaşan Laçın bu dəfə əcnəbi diplomatları qonaq edib. Belə ki, Azərbaycanda akkreditə olunmuş 33 ölkədən, 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat hərbi attaşe, eləcə onların ailə üzvləri iyunun 24- Laçına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə xarici diplomatlar Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın bir sərhədçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər Xankəndidə yaşayan erməni əsilli sakinlər sərhəd-keçid məntəqəsindən heç bir maneə olmadan istifadə ediblər. Hazırda da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır. Başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirləri həyata keçirilir.

Xarici diplomatların diqqətinə çatdırılıb ki, Ermənistan tərəfi sərhəd-gömrük buraxılış məntəqəsindəki hazırkı vəziyyətdən propaqanda vasitəsi kimi istifadə edir. Bəzi Avropa siyasətçiləri gəlib körpünün digər hissəsində dayanaraq, həqiqəti əks etdirməyən birtərəfli məlumatlar paylaşırlar. Onlar bu vəziyyətdən özlərinin piar kampaniyaları üçün yararlanmağa çalışırlar.

Qonaqlar səfər çərçivəsində Laçında aparılan yenidənqurma abadlıq işləri ilə tanış olublar. Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirən qonaqlar artıq yurd-yuvalarına geri dönmüş sakinlərlə söhbət ediblər.

Daha sonra diplomatik korpusun nümayəndələri Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarət ediblər. Onlara sənaye parkının imkanları, perspektivləri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Aqro Sənaye Parkı Laçının iqtisadi dirçəlişi əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Burada 46 şirkət fəaliyyət göstərəcək ümumilikdə 1200-ə yaxın laçınlı işlə təmin ediləcək.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Laçın şəhərində ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Xarici diplomatlar daha sonra Həkəri çayının sahilində salınan "Laçın bulvarı"na gəlib, bulvardakı quruculuq işləri ilə tanış olublar.

Laçına səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Zabux kəndində olublar.

Onlara məlumat verilib ki, 30 ilə yaxın davam etmiş işğal dövründə kənd tamamilə dağıdılıb, məhv edilib. Hazırda isə Zabuxda genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar daha sonra Zəngilanın Ağalı kəndinə gəliblər.

Burada qonaqlara Ağalıda tətbiq olunan "ağıllı kənd" konsepsiyası haqqında ətraflı məlumat verilib. Diplomatlar Ağalı sakinləri ilə söhbət ediblər.                            

 

 

 

 

 

 

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib

İyunun 24- Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.

İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub müvafiq təkliflər verilib.