Azərbaycan vətəndaşları Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləyir
MÜSAHİBƏLƏR

Azərbaycan vətəndaşları Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləyir

Azərbaycan-Türkiyə münasibətləri gündən-günə inkişaf edir. Qarşılıqlı əlaqələrimiz artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixi ənənələrə söykənən ölkələrimiz bu gün çətin xoş günlərdə bir-birinin yanındadır. Mayın 14- Türkiyədə keçiriləcək prezident seçkiləri Azərbaycanda da marağa səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrinin üzvlərinin seçki ilə bağlı fikir mülahizələrini oxuculara təqdim edirik:

 

Professor Cahangir Məmmədli:

- Rəcəb Tayyib Ərdoğan Nobel mükafatı laureatı olmağa layiqdir. Türkiyə Prezidenti, bu gün müasir dünya dövlətlərinin prezidentləri sırasında ən yüksək zirvədə dayanan dövlət xadimlərindəndir. Bunun 3 əsas səbəbi var. İlk olaraq, Rəcəb Tayyib Ərdoğan Türkiyəni məhv etməyə çalışan qüvvələri aradan qaldırmaqla dövləti bugünkü səviyyəyə çatdırıb. İkincisi, Ərdoğanın fəaliyyəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf edib. Üçüncü vacib məqam isə Türkiyə Prezidentinin Rusiya-Ukrayna müharibəsində hər iki ölkəni barışığa çağırmağa təşəbbüs göstərməsidir. Məlum olduğu kimi, Rusiya Ukraynadan gedən taxıl gəmiləri bir sıra maneələrə rast gəlirdi. Lakin Ərdoğan bu məsələni həll edərək həmin taxılların kasıb ölkələrə çatmasını təmin etdi.

 

Geologiya-mineralogiya elmləri namizədi, dosent İlqar Namazov:

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində istənilən sahədə inkişaf edir. Azərbaycan vətəndaşı olaraq onu deyə bilərəm ki, qardaş ölkənin atdığı strateji addımlar, hərbi sahədə əldə etdiyi uğurlar, dünyada öz sözünü deməsi bizim üçün fəxrdir. Sözsüz ki, Ərdoğan bu cəhətdən çox böyük alqışa layiqdir. Düşünürəm ki, qardaş ölkədə hər dəfə olduğu kimi, bu il prezident seçkiləri ağır keçəcək, amma şübhəsiz ki, bu mübarizədə Ərdoğan qalib gələcək. O, dahi lider, böyük şəxsiyyətdir. Ərdoğanın istər daxili, istərsə xarici siyasəti göz önündədir. Bu cəhətdən Ərdoğana hörmətimiz sonsuzdur.

 

Asim Qasımov:

- Türkiyənin Mərkəzi Seçki Komissiyasının dərc etdiyi yekun siyahıda prezidentliyə namizədlərin siyahısı bəlli olub. "Cümhur İttifaqı"nın namizədi hakim Ədalət İnkişaf Partiyasının sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, ümumilikdə dörd namizəd mübarizə aparacaq.

Türkiyə dövləti Azərbaycan üçün hər zaman önəmli olub. Səbəbi isə odur ki, hər iki ölkə arasında dostluq qardaşlıq münasibətləri tarix boyu cərəyan edib. Rəcəb Tayyib Ərdoğan 20 il bundan əvvəl iqtidara gəldikdən sonra bu isti münasibətlər daha da dərinləşmişdir. Hazırkı hökumətin Azərbaycan siyasəti sözün əsl mənasında ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsiplərinə əsaslanır. Cənab Ərdoğan dövlət başçısı seçildikdən sonra Türkiyə daima bizim yanımızda oldu. Ona görə onu özümüzə doğma bilirik. Azərbaycanın 44 günlük Vətən müharibəsində Ərdoğanın ölkəmizi dəstəkləməsi bizi daha da ruhlandırırdı bu da imkan verdi ki, biz özümüzü yalnız hiss etməyək. Türkiyə kimi böyük bir dövlətin onun liderinin mənəvi dəstəyi hər birimiz üçün əvəzolunmazdır. Bütün bu olanlara dayanaraq deyə bilərəm ki, may ayında keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsini arzulayıram. Ümid edirəm ki, qüdrətli Türkiyə xalqı bu dəfə Ərdoğana etimad göstərəcək.

 

Orxan Rasifoğlu:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə ilə Azərbaycan arasında ənənəvi dostluq qardaşlıq münasibətləri daha da inkişaf etmişdir. Ölkələrimiz arasında əlaqələr dinamik xarakter almış, regional qlobal iqtisadi-siyasi məsələlərin həllində birgə addımlar atılmışdır. Türkiyə eyni zamanda, 44 günlük Vətən müharibəsində ölkəmizin yanında olduğunu əyani şəkildə göstərdi, ən böyük dəstəkçimiz Türkiyə onun başçısı Ərdoğan oldu. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsini istəyirəm.

 

Zeynəb Eyyubova:

- Türkiyə bizim qardaş ölkəmizdir. Onun güclü olması ilə fəxr edirik. Türkiyənin son illər iqtisadi inkişafı qüdrətli dövlət kimi söz sahibi olması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Ona görə mayın 14- keçiriləcək seçkilərdə Ərdoğanın qələbə qazanmasını istəyirəm. O, əsl siyasətçi liderdir. İstər 44 günlük müharibədə, istərsə Ukraynadakı savaşda Ərdoğan öz gücünü sübut etdi. Onun böyük Turan ideyasını dəstəkləyirəm. Türk dünyasının qüdrətlənməsi üçün Ərdoğanın qələbə qazanması vacib şərtdir.

 

Oksana Orucova:

- Son zamanlar baş verən hadisələrdə "bir millət, iki dövlət" anlayışının tam olaraq sübutunu görmüş oluruq. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan uzaqgörən siyasətçi istədiyini əldə edən Prezidentdir. İkinci Qarabağ müharibəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyi, Türkiyədə baş verən zəlzələlərdə qardaş dövlət olaraq yardımımızı əsirgəməməyimiz ümumiyyətlə, çətin xoş günlərdə bir yerdə olmağımız s. amillər bizim sarsılmaz qardaşlığımızdan xəbər verir. Ərdoğanı isə aramızdakı bağların daha da möhkəmlənməsini təmin edən prezident kimi görürəm. gələcək zamanlarda da onu qardaş ölkənin Prezidenti statusunda görmək istəyirəm. Yürütdüyü siyasət, Prezidentimizlə arasında olan yaxın münasibət, etdiyi çıxışlar s. hər bir azərbaycanlı kimi, mənim ona rəğbət hörmətimi artırıb.

"Respublika".