“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanu¬nunda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 1; 1995, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2008, № 10, maddə 886; 2011, № 2, maddə 71; 2013, № 2, maddə 95; 2016, № 1, maddələr 14, 19; 2017, № 4, maddə 518, № 11, maddə 1949; 2018, № 7 (I kitab), maddə 1403) aşağıdakı dəyişikliklər edilsin:

1. 23-cü maddədə “motorlu və motorsuz” sözləri “mühərrikli və mühərriksiz” sözləri ilə əvəz edilsin.

2. 25-ci maddə üzrə:

2.1. 3-cü, 4-cü və 5-ci bəndlərdə “motorlu və motorsuz” sözləri “mühərrikli və mühərriksiz” sözləri ilə əvəz edilsin;

2.2. 7-ci bənd üzrə:

2.2.1. birinci abzasda “motorlu və motorsuz” sözləri “mühərrikli və mühərriksiz” sözləri ilə əvəz edilsin;

2.2.2. ikinci abzas ləğv edilsin.

3. Aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1) Bu maddənin 2-ci bəndinin dördüncü abzası və 7-ci bəndi nəzərə alınmaqla, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol verilir;”.

4. 37-ci maddənin 7-ci bəndinin “a” yarımbəndində “motorlu, motorsuz” sözləri “mühərrikli, mühərriksiz” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 may 2021-ci il