Azərbaycan Respublikası Prezidentinin “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” 2014-cü il 15 may tarixli 167 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli, “Azərbaycan Respublikasın
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” 2014-cü il 15 may tarixli 167 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli, “Azərbaycan Respublikasın

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 480) ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 2.2.6-cı yarımbəndinə “Qanununa” sözündən sonra “, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilsin.

2. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822; 2016, № 8, maddə 1384, № 11, maddə 1821, № 12, maddə 2062; 2017, № 3, maddə 354, № 7, maddə 1378, № 12 (I kitab), maddə 2295; 2018, № 11, maddə 2289; 2019, № 3, maddə 439, № 4, maddə 611; 2020, № 7, maddə 891; 2021, № 12, maddə 1428) 2.4-cü bəndinə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisinə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1376, № 12 (I kitab), maddə 2309; 2018, № 11, maddə 2289; 2019, № 10, maddə 1588; 2021, № 12, maddə 1404) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə “İçərişəhər” sözündən əvvəl “Şuşa şəhərinin,” sözləri əlavə edilsin.

4. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2311; 2018, № 11, maddə 2289; 2019, № 10, maddə 1588; 2021, № 12, maddə 1404) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” üzrə:

4.1.1. 1.2-ci bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

4.1.2. 1.6-cı bəndə “qanunvericilik aktlarının” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği” üzrə:

4.2.1. 1.3-cü bəndə “(bundan sonra – Agentlik),” sözlərindən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

4.2.2. 4.4-cü bəndə “Agentliyin,” sözündən sonra “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin,” sözləri əlavə edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası” üzrə:

4.3.1. 1.3-cü bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

4.3.2. 2.1-ci bənddə “həmçinin digər qanunvericilik aktlarına” sözləri “digər qanunvericilik aktlarına, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.

5. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 72; 2020, № 3, maddə 242; 2021, № 6 (I kitab), maddə 573; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2052 nömrəli Fərmanı) 3.12-ci bəndinə “Agentliyi,” sözündən sonra “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119, № 5, maddə 452, № 6 (I kitab), maddə 574; 2022, № 2, maddə 116, № 4, maddə 305, № 8, maddə 848, № 12, maddə 1436) ilə təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nın 29.31-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 29.32-ci bənd əlavə edilsin:

“29.32. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru.”.

7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1045) ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”na aşağıdakı məzmunda 2.1.8-1-ci yarımbənd əlavə edilsin:

“2.1.8-1. daşınmaz əmlakın dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi olub-olmaması barədə qeyd;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 mart 2023-cü il