2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fikrət Hüseyn oğlu Yusifovun səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi təsdiq olunmuş Fikrət Hüseyn oğlu Yusifov səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri 2023-cü il dekabrın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Xanlar İdris oğlu Quliyev Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi təsdiq olunmuş Fikrət Hüseyn oğlu Yusifovun səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                      Məzahir Pənahov

Katib                     Arifə Muxtarova

Katib                     Mikayıl Rəhimov