Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəfərov Rafiq Musa oğlu,
Əliyev Nural Turab oğlu.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 23 dekabr 2022-ci il