Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti 2024-cü il üçün doktorantura və dissertanturaya fəlsəfə və elmlər doktoru proqramları üzrə cədvəldə göstərilmiş ixtisaslara qəbul elan edir
Reklam və elanlar

Qəbul qaydaları haqqında məlumatı AzMİU-nun Doktorantura şöbəsindən almaq olar. 

Doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu və qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə 16.04.2024 - 15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq.

Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün ödənişli olacaq.