Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 39 faiz azalıb
İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 39 faiz azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Respublika” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 faiz azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 faiz, idxal isə 7,9 faiz azalıb.

Son nəticədə xarici ticarətdə 2 milyard 273 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 38,7 faiz azdır.