İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbəti zamanı nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birilərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
AZƏRTAC