Azərbaycan Dövlət Pedaqoji Universitetində görüş
Elm və təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetində görüş

İyunun 8-də  Böyük Britaniya Birləşmiş Krallığın Koventri Universitetinin prorektor müavini professor Riçard Deşvud və professor Maykl Hardi  Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər. Görüşə, həmçinin Azərbaycan Menecment və Turizm Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musada qatılıb. 

ADPU-nun mətbuat katibliyindən bildirilir ki, görüşdə ADPU–nun bir sıra rəhbər şəxsləri iştirak ediblər.

Tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, beynəlxalq tədqiqatlarda birgə çalışmaq, universitetlərarası əlaqələri inkişaf etdirmək və beynəlxalq həmmüəlliflərlə məqalələr dərc etdirmək arzusunu ifadə ediblər. Bundan əlavə, ikili diplom sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub və belə əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb.

“Respublika”.