Azərbaycan boksçuları Dünya Kubokunda finala yüksəliblər
İdman

Azərbaycan boksçuları Dünya Kubokunda finala yüksəliblər

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” turnirində finala yüksəliblər.

"Respublika" xəbər verir ki, komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqram) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. B.Nəzərov qızıl medal uğrunda görüşdə Hindistan idmançısı Tamta Briyeş ilə qarşılaşacaq.

Zidan Hümbətov (51 kiloqram) isə hindistanlı Juji Rubandan güclü olub. Rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda rusiyalı Arseni Jiltsov ilə üz-üzə gələcək.