Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
Siyasət

Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi

Diplomatik əlaqələrin qurulmasından 30 il keçir

Azərbaycan Belarus arasındakı diplomatik əlaqələrin 30 illiyi qeyd olunub. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə onlar arasında iqtisadi mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Azərbaycan ilə Belarus arasında diplomatik əməkdaşlığın əsası 1993- il iyunun 11- qoyulub. Ötən müddət ərzində ikitərəfli münasibətlərdə səmimilik, etibarlılıq dostluq formalaşıb. 2001-ci ilin avqust ayında Belarus Respublikası Baş nazirinin Azərbaycana səfəri zamanı Bakı Minsk arasında dialoqun qurulması istiqamətində əməli addımlar atılıb. 2004- ildə hökumət nümayəndələrinin qarşılıqlı görüşü baş tutub. O zaman ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyası yaradılıb.

Qeyd etmək lazımdır ki, 2006- ildə Belarus-Azərbaycan münasibətlərində mühüm hadisə baş verib. Belə ki, Minsk Bakıda diplomatik missiyalar fəaliyyətə başlayıb. Bununla da hər iki ölkənin humanitar, iqtisadi, siyasi sahələrdə qarşılıqlı maraqları öz təsdiqini tapıb. Hazırda iki ölkə arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Bu münasibətlərdə aktivlik müşahidə olunur. Qarşıda duran vəzifələr rəsmi səfərlər müsbət göstəricilərlə diqqət çəkir.

Ticari əlaqələrə gəldikdə isə istər Azərbaycan, istərsə Belarus məhsulları hər iki ölkədə yaxşı tanınır. Eyni zamanda Azərbaycan Belarusun səhiyyə əczaçılıq sahələrində qarşılıqlı fəaliyyətdə uğurlu göstəricilər əldə edilir. Ölkələr arasındakı sıx münasibətlər digər sahələrdə öz əksini tapıb. İndiyə qədər Belarus Azərbaycan rəsmiləri siyasət, iqtisadiyyat, humanitar elmi-texniki əməkdaşlıq sahələrində 100-dən çox beynəlxalq müqavilə imzalayıb.

İki ölkə arasında neft neft məhsullarının istehsalı imkanlarının genişləndirilməsi nəzərdə tutulur. 2021-ci ilin aprel ayının 14- SOCAR Belarusun Dövlət Neft Kimya Konserni ("Belneftexim") arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması bunun bariz nümunəsidir. Sözügedən memoranduma əsasən əməkdaşlığın əsas istiqamətlərini Azərbaycan neftinin Belarusa tədarükünün təşkili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi Belarus neft emalı zavodlarında texniki auditin aparılması kimi məsələlər təşkil edir. Son illərdə iki ölkə arasında idxal-ixrac əməliyyatlarında da dinamizm müşahidə edilib. 2020-ci ildə dünyanı ağuşuna alan pandemiyaya baxmayaraq, əmtəə dövriyyəsi artıb, Azərbaycandan Belarusa ixracın səviyyəsi yüksəlib.

Belarus Azərbaycana əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar yük maşınları, ağac emalı neft məhsulları tədarük edir. Azərbaycandan Belarusa isə neft-kimya məhsulları, spirtli içkilər (şərab), fındıq, elektrik transformatorları, şirələr, meyvə parçalar idxal olunur.

Qeyd etməliyik ki, Belarus KTMT-nin üzvüdür Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Artıq Qarabağ müharibəsindən üç ilə yaxın müddət keçir. Belarus həm MDB, həm KTMT- üzv dövlət kimi Ermənistan-Azərbaycan arasında sülh prosesinin sürətli inkişafına öz töhfəsini verə bilər. Aydın məsələdir ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qələbəsi işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırıb.

Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko da ölkəsinin postkonflikt zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməsini dəstəkləyir.

Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır bu dövlətlər beynəlxalq arenada bir-birlərini səmimi ciddi şəkildə dəstəkləyirlər.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb səmimi təbriklərini çatdırıb. Ölkə başçımız cavab olaraq: "Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur", - deyə bildirib.

Röya RÜSTƏMLİ,

"Respublika".