Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
İdman

Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan milli komandasının üzvü Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında uğurlu nəticə göstərib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “Respublika”ya verilən məlumata görə, idmançı təsnifat mərhələsində finişə hamıdan birinci çatıb. O, 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib.

A. Dımçenko təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb. (20:21.43). Bu nəticə ilə o, A finalına vəsiqə qazanıb.

Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. İdmançı fransalı Cessika Berranı (32:33.92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. O, yalnız irlandiyalı Monika Dukarskadan (32:09.17) geri qalıb.

Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da 2-ci yer tutub.