Triatlon üzrə Azərbaycan çempionatına start verilib
İdman

Triatlon üzrə Azərbaycan çempionatına start verilib

Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində triatlon üzrə Azərbaycan çempionatına start verilib.

"Respublika" xəbər verir ki, çempionat Azərbaycan Triatlon Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, çempionat 10-13 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 14-17 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 18 yaşdan yuxarı (Gənc/U23/Elit - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) və komandalar (estafet - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) arasında keçirilir.