Ayna informasiya sisteminin yaradılması işlərinin satın alınmasına dair Açıq Tender elan edir
Reklam və elanlar

Ayna informasiya sisteminin yaradılması işlərinin satın alınmasına dair Açıq Tender elan edir

Satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər göstərilən iştirak haqqını Satınalan təşkilatın aşağıda qeyd olunan bank hesabına ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5 ünvanında yerləşən "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs-dən əldə edə bilərlər.

Eyni zamanda əlaqələndirici şəxsin elektron poçt ünvanına açıq tenderdə iştirak ilə bağlı ərizə ilə müraciət etməklə iştirak haqqının ödənilməsi barədə qəbz əlavə olunmaqla şərtlər toplusu əldə edilə bilər.

Əlaqələndirici şəxs: Sərdarlı Rüfət (satınalma və təchizat şöbəsinin aparıcı mütəxəssisi), Tel: (+99412) 566-52-58 (daxili 173), Mob: 050-278-15-00. Email: [email protected]

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Hacı Məmmədov küçəsi 5

Tenderdə iştirak haqqı - 2000 (iki min) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

VÖEN: 1506095421

H/h: AZ28AZPO91015461200420100099

Bankın adı: "Azərpoçt" MMC PF1

VÖEN: 9900037711

KOD: 691011

M/h: AZ76NABZ01350100000000094944

S.W.I.F.T. AZPOAZ22

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

–Tenderdə iştirak etmək üçün ərizə;

–İştirak haqqının ödənilməsi barədə bank sənədi;

–Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; sənədlər notarial qaydada təsdiq edilməlidir.

–Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

–Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır); (Qiymət təklifi verilən zaman təqdim olunmalıdır)

–Qeyd olun qiymət cədvəlində ən azı bir predmet üzrə demo versiya təqdim olunmalıdır. (Qiymət təklifi verilən zaman təqdim olunması zərurudir.)

–Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş; (sənədin tarixi elandan sonrakı tarix olmalıdır). Bank tərəfindən təqdim olunmalıdır - sənədin əsli təqdim edilməlidir.

–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış. (sənədin tarixi elandan sonrakı tarix olmalıdır) Sənəd notarial qaydada təsdiq edilməlidir.

–İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti; Cari tarixə qüvvədə olan arayış təqdim edilməlidir.

–İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

–Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd. (sənədin tarixi elandan sonrakı tarix olmalıdır).

–Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd; (sənədin tarixi elandan sonrakı tarix olmalıdır) Sənəd notarial qaydada təsdiq edilməlidir.

–Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; (sənədin tarixi elandan sonrakı tarix olmalıdır) Sənəd notarial qaydada təsdiq edilməlidir.

–İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd. (əmr, təsisçilərin yığıncağının qərarı və s.);

–"Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi ilə əlaqəli" lisenziya tələb olunur.

İxtisas uyğunluğu sənədləri:

–Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu. (Backend ən azı 6 nəfər, Front endən ən azı 4 nəfər, Dizayner ən azı 2 nəfər Tester en azı 1 nəfər (əməşdaşarın zəruri sənədləri)

–Podratçının müvafiq sahədə peşəkarlığı və təcrübəsi

Analoji xidmətlər üzrə təcrübə

Oxşar iş üzrə ən azı 1 (bir) tam yekunlaşmış layihə; Bununla bağlı müqavilə, təhvil-təslim aktları və elektron qaimələr təqdim edilməlidir. Elektron qaimələr digər sanədlərin həqiqiliyini yoxlamaq üçün tələb olunur və təqdim edilməsi zəruridir.

Təqdim olunan malların quraşdırılması, istifadəçilər üçün təlim və istehsalçı xətası qalib təşkilat tərəfindən qarşılanmalıdır. (qiymət təklifi verilən zaman qeyd olunan tələblər iddiaçlar tərəfindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş formada təqdim olunmalıdır)

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Siyahısı yuxarıda göstərilmiş və iddiaçının tender təklifini təşkil edən sənədlər Tender Komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:

İddiaçının təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 03.10.2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 11.10.2023-cü il saat 17:00-a qədər Bakı şəhəri Hacı Məmmədov küçəsi 5 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 12.10.2023-cü il saat 17:00-da Bakı şəhəri Hacı Məmmədov küçəsi 5 ünvanında yerləşən "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-də açılacaqdır. İddiaçı və ya onun səlahiyyətli nümayəndəsi zərf açılışı iclasında iştirak edə bilərlər.

Qeyd: Tenderdə iştirak, yazışmalar və sual-cavablar göstərilən elektron poçt vasitəsilə aparıla bilər.