Avropa şiddətli istilərin təsiri altındadır
Digər xəbərlər

Avropa şiddətli istilərin təsiri altındadır

Avropa xeyli müddətdir ki, həddindən artıq istilərə məruz qalıb. Yaxın bir neçə həftə ərzində qitənin bir çox ölkəsində temperaturun bu cür davam edəcəyi gözlənilir.

“Respublika” "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Avropa ölkələri arasında İspaniya, İtaliya və Yunanıstan istidən ən çox təsirlənən ölkələrdir.

Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Kosovo, Xorvatiya, Bolqarıstan, Almaniya, İsveçrə, Avstriya və Hollandiyada da temperatur normadan yüksək olaraq qalmaqdadır.

Musa Bağırlı,

“Respublika”.