Argentinalı səyyah: Azad olunmuş ərazilərdə belə qorxunc mənzərə ilə üzləşəcəyimizi gözləmirdik
MÜSAHİBƏLƏR

Argentinalı səyyah: Azad olunmuş ərazilərdə belə qorxunc mənzərə ilə üzləşəcəyimizi gözləmirdik

Qarabağa qrup şəklində səfər edirik. İşğaldan azad olunmuş ərazilərdə belə qorxunc mənzərə ilə üzləşəcəyimizi gözləmirdik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu işğaldan azad edilən Ağdama səfər edən Most Traveled People təşkilatının üzvlərindən olan argentinalı səyyah Nikolas Paskuali deyib.

"Əvvəllər belə mənzərələrlə üzləşməmişik. Buradakı ərazilər dağıntı içərisindədir bu, çox məyusedicidir. Bunun bir daha təkrarlanmayacağını arzulayıram", - deyən səyyah bildirib ki, ölkəsinə qayıdarkən bu ərazilərdə gördükləri barədə məlumat verəcək.

"Həyatımda ilk dəfə minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyirdim deyə bilərəm ki, bu, mənim üçün nadir təcrübədir", - o əlavə edib.

Qeyd edək ki, dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ Şərqi Zəngəzura səfəri başlayıb.