Qızıl Avropa Liqası: Azərbaycan millisi sonuncu oyununa çıxacaq
İdman

Qızıl Avropa Liqası: Azərbaycan millisi sonuncu oyununa çıxacaq

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son matçına çıxacaq.

"Respublika" xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Estoniyada Lüksemburqla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycan millisi daha əvvəl keçirdiyi görüşlərdə Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniya yığmalarına 0:3 hesabı ilə uduzub. Seçmə bu nəticə ilə 12 komanda arasında sonuncudur.