Xaçmazda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
CƏMİYYƏT

Xaçmazda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib

Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan "Respublika"-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Niyazabad kəndi ərazisində dəniz kənarında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinin pozulduğuna məsul şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.