Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb
İdman

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

Türkiyə millisinin futbolçusu Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb.

"Respublika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi turnirin tarixində 20 yaşdan aşağı qol vuran və məhsuldar ötürmə edən üçüncü oyunçu olub.

Gürcüstanla qrup mərhələsinin ilk tur oyununda rəqib qapısına yol tapan futbolçu Avstriya ilə 1/8 final matçında (2:1) isə məhsuldar ötürmə ilə yadda qalıb.