Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
İqtisadiyyat

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən "Respublika"ya bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 6-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 7-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.