Alyaskada baş verən güclü sel evləri aparıb
Dünya xəbərləri

Alyaskada baş verən güclü sel evləri aparıb

Alyaskanın mərkəzi Cuno şəhərində Mendenholl Buzlağının sürətlə əriməsi səbəbiylə bənd qırılıb.

"Respublika" xəbər verir ki, bu barədə "NDTV" məlumat yayıb.

Bildirilib ki, artıq ərazidə fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, iki evə ciddi ziyan dəyib, biri uçub. Bölgədə bir neçə yol su altında qalıb. Hazırda insanları fəlakət zonasından təxliyə etməyə çalışırlar.

Nəzrin ELDARQIZI,

"Respublika".