Londonda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq turnir keçirilib
Digər xəbərlər

Londonda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq turnir keçirilib

Londonun əfsanəvi “Porçester Holl” (Porchester Hall) sarayında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qarışıq idman növləri üzrə beynəlxalq turnir təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Respublika"ya bildiriblər ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Britaniya Azərbaycanlıları Assosiasiyası və “Immortal Champions” təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən yarışa İngiltərə, İspaniya və digər ölkələrin muay-tay, kikboksinq və MMA üzrə idmançılar qatılıblar. Turnirin əsas döyüşləri Yusuf Ali Taleb ilə Co Bello və Kennet Alarkon ilə Körtis Allen arasında baş tutub. Yusuf Ali Taleb ikinci, Körtis Allen isə dördüncü raundda nokautla rəqibləri üzərində qələbə qazanıblar. Yusuf Ali Taleb “Immortal Champions” – MMA Britaniya tituluna, Körtis Allen həm Avropa çempionu, həm də “Immortal Champions” – muay-tay tituluna layiq görülüb.

Qaliblərə mükafatları kikboksinq üzrə üçqat dünya çempionu, Britaniya Azərbaycanlıları Assosiasiyasının və “Immortal Champions” təşkilatının rəhbəri Hafiz Baxşəliyev təqdim edib.