Aleksandr Lukaşenko: Belarus Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir
Siyasət

Aleksandr Lukaşenko: Belarus Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir

Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk.

AZƏRTAC Belarus Prezidentinin saytına istinadla xəbər verir ki, bu fikri Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən bu ölkənin Prezidenti Aleksandr Lukaşenko söyləyib.

A.Lukaşenko bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib. Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal faydalanmağı təklif edib.

Qeyd edək ki, fevralın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.