Böyük Qayıdışın akkordları
Siyasət

Böyük Qayıdışın akkordları

Bu il laçınlılar da öz doğma torpaqlarına dönəcəklər

"Biz 2023- ildə laçınlıları Laçına qaytaracağıq". Bu fikri Prezident İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə müraciətində deyib. Dövlət başçısı qeyd edib ki, avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini azad etdik eyni zamanda, Laçın rayonunun Zabux Sus kəndlərinə qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: "Əminəm ki, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar".

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux Sus kəndlərini bir güllə atılmadan Azərbaycana qaytarmaq məcburiyyətində qaldı. 2022-ci il avqustun 26-da Laçın şəhərinin, eləcə Zabux Sus kəndlərinin tam nəzarətimizə keçməsi məhz 44 günlük Vətən müharibəsinin nəticəsidir. 30 il sonra Laçın qayıtdı ordumuz bu şəhərə avqustun 26-da daxil oldu. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, ölkəmizin hərbi qüdrətinin növbəti qələbəsidir. Bu, Prezident İlham Əliyevin "Nəyi, necə, vaxt etmək lazımdır, bunu mən bilirəm" bəyanatının növbəti təsdiqi idi. Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması mərasimindəki çıxışında bildirmişdi ki, bu bayraq burada əbədi dalğalanacaq, burada əbədi yaşayacağıq. Laçın şəhərini bərpa etməyin vaxtı çatıb artıq buna hazırlıq görülür. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin yaşayış yerlərinə qaytarılması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Tarixi Zəfərimizdən sonra işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçında da bərpa quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunan həmin ərazilərdə inşa edilən üç hava limanından biri məhz Laçın rayonundadır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Ötən il sentyabrın 21- müzəffər Ali Baş Komandan İlham Əliyev Laçına növbəti səfəri zamanı Kəlbəcər-Laçın yolunda inşa edilən tunellə tanış olmuş, Laçın şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmış, bu şəhərdə tikiləcək "Laçın" qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, böyük əhəmiyyətə malik uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki dörd hərəkət zolaqlı yol üzərində alt keçidlər körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, aeroportun tikilməsi bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək, turizm potensialını artıracaq. Son dərəcə mühüm strateji əhəmiyyətə malik olan Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına töhfə verəcək.

Azərbaycanın səfalı guşələrindən biri hesab olunan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir. Rayonun böyük turizm potensialı, aqrar, eləcə sənaye sektorunda bir sıra mühüm üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalın təşkili mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq sahələri inkişaf etmişdi. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanırdı. Laçın, həmçinin zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları digər faydalı qazıntı ehtiyatları var. Yaxın gələcəkdə rayonun dağıdılan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.

Laçının şəhər mərkəzinin bərpası da sürətlə davam edir. İki il ərzində 4 dəfə Laçına səfər edən ölkə başçısı hər dəfə yeni obyektlərin təməlqoyma yaxud açılış mərasimlərində iştirak etmişdi. Bu gün Laçında həm infrastruktur qurulur, həm təhlükəsizliyi təmin etmək məqsədilə mühafizə postları yaradılır, hərbi hissələr tikilir. Digər bir tərəfdən isə gələcəkdə Laçına köçürülən insanların həyat şəraitini yaxşılaşdırmaq üçün yaşayış məntəqələri inşa olunur. Bütün bunlar Laçında Azərbaycan dövləti tərəfindən aparılan bərpa-quruculuq işləridir. Həyata keçirilən kompleks tədbirlərin əsas tərkib hissələrindən biri bu ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması ekoloji təmiz texnologiyaların tətbiqidir. Böyük Qayıdışla bağlı Dövlət Proqramının strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasına hədəflənib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa şəhərsalma işləri qabaqcıl modellərin tətbiqi ilə həyata keçiriləcək. Proqramda tarixi mədəni abidələrin qorunması xüsusi vurğu ilə qeyd edilir. Bütövlükdə Proqramın icrası xalqımızın onilliklərə hesablanan gələcək tarixinə xidmət edərək Böyük Qayıdışın mümkün qədər tez keyfiyyətli gerçəkləşməsini təmin edəcək.

Qeyd edək ki, digər şəhər rayonlarımız kimi, işğal zamanı Laçın rayonu da erməni vəhşiliyinə məruz qalıb. Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər digər ərazilərimizdə olduğu kimi, Laçını xarabazarlığa çevirib, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv ediblər. Erməni vəhşiləri bu bölgəmizdə ekoloji terror törədərək çayları, bulaqları qurudub, ağacları kəsib, yanğınlar törədib. Bir sözlə, bir həyat nişanəsinin belə qalmamasına çalışıblar. Laçın rayonunun işğalından sonra 65 mindən çox sakinimiz 30 il köçkün həyatı sürməyə məcbur olub. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Ermənistanın işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdir. Bütövlükdə rayonun işğalı zamanı 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılmışdır.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra hər ötən gün dədə-baba yurdundan didərgin düşən yüz minlərlə keçmiş məcburi köçkünü Böyük Qayıdışa, Qarabağa Şərqi Zəngəzura daha da yaxınlaşdırır. Laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə vermək, dağlar qoynundakı şəhəri dirçəltmək əzmindədilər. Qeyd edək ki, artıq Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndinin timsalında Böyük Qayıdışın ilk uğurlu addımları atılıb Ağalı sakinləri öz doğma yurdlarına qovuşublar. Laçın sakinlərinin öz yurd-yuvalarına qayıtmaları üçün böyük layihələr həyata keçirilir. "Amma onu da bildirməliyəm ki, laçınlılar, xüsusilə Laçın şəhərində yaşayan insanlar yəqin, bir qədər ümidsiz idilər. Çünki danışıqlar zamanı ümumiyyətlə, Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər". Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib. Bildirib ki, danışıqların işğal dövründə belə çox davam etməsi uğursuzluqla nəticələnməsi məhz Laçına Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa hazır idilər. Amma o şərtlə ki, Laçın Kəlbəcər əbədi onların əlində qalsın. Amma məncə ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq.

Mustafa KAMAL,

"Respublika".