“AKIpress” Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
Diaspora

“AKIpress” Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

Prezident Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmaq, ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Azərbaycana gəlib.

Bu barədə “AKIpress” xəbər saytı məlumat yayıb. Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edib. Səfər çərçivəsində dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də planlaşdırılır. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.

Dövlət başçıları Ağdamın Xıdırlı kəndində məktəbin tikintisi aparılan əraziyə kapsul qoyma mərasimində iştirak edəcəklər.

Röya RÜSTƏMLİ,

“Respublika”.