AHİK-in qurultayında İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olunub
Siyasət

AHİK-in qurultayında İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gələn ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar layihəsini qəbul edib.

"Respublika" xəbər verir ki, qərar layihəsi AHİK-in dekabrın 20-də keçirilən növbədənkənar qurultayında qəbul olunub.

AHİK-in İcraiyyə Komitəsinə İlham Heydər oğlu Əliyevin 2024-cü ilin fevral ayında keçiriləcək prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı müvafiq tədbirlərin təşkili və həyata keçirilməsi ilə bağlı tapşırıq verilib.