Ağdərə şəhəri ərazisində saxlanılmış milli ordumuzun əsgəri Azərbaycan tərəfinə qaytarılıb  
Digər xəbərlər

Ağdərə şəhəri ərazisində saxlanılmış milli ordumuzun əsgəri Azərbaycan tərəfinə qaytarılıb  

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Respublikasının baş nazirinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 2021-ci il iyulun 14-də Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşları - Gümrü şəhər sakini, hərbi qulluqçu, 1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs, 1963-cü il təvəllüdlü Torozyan Aramais Qrati azad edilərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sentyabrın 7-də Ermənistana təhvil verilib.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda qeyd edilir ki, eyni zamanda, 2021-ci il avqustun 25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış milli ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycan tərəfinə qaytarılıb.

AZƏRTAC