Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın söndürülüb
Digər xəbərlər

Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın söndürülüb

Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bitişik evlərə yayılmasına imkan verilməyib.

İlkin məlumata əsasən, yanğın nəticəsində hər mərtəbəsi təxminən 950 kvadratmetr olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

AZƏRTAC