Aeroport yolunda sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür
Gündəm

Aeroport yolunda sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür

Aeroport yolunda sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür.

"Respublika" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə yol qardan təmizlənir və hərəkətin tənzimlənməsi üçün əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar və sürücüləri yollardakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırma təmin ediləcək.